"Spartak"da 34 yaşlı məşqçi
- 15 Okt 2019 14:23
- 1076
Rusiyanın “Spartak” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Moskva təmsilçisini Domeniko Tedesko çalışdıracaq.
Müqavilə müddəti ilə bağlı məlumat verilməyib. 34 yaşlı italiyalı məşqçi bu vəzifədə bir neçə gün əvvə istefaya göndərilən Oleq Kononovu əvəzləyib.
Tedesko son olaraq “Şalke”ni çalışdırıb. O, Çempionlar Liqasının 1/8 finalında “Mançester Yunayted”ə 0:7 məğlubiyyətdən sonra işini itirib.
Qeyd edək ki, hazırda "Spartak" Premyer Liqada 14 xalla 12-ci pillədə qərarlaşıb.