Sponsordan "Səbail"i üzən cavab: büdcə artırılmayacaq
- 29 Noy 2019 13:00
- 1159
Premyer Liqada uğursuzluq zolağından çıxa bilməyən "Səbail"də işlər qaydasında getmir.
Rekord.az xəbər verir ki 8 turdur qələbə üzünə həsrət qalan Bayıl klubu növbəti qanqaraldıcı xəbəri əsas sponsorlarından sayılan "Star" şirkətindən alıb.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan STAR Neft Emalı Zavodunun rəhbərliyi ilə görüşən "Səbail" rəsmiləri yanvardan büdcənin 1 milyon manat artırılması xahişini ediblər. Lakin neft emalı zavodunun başbilənləri qarşı tərəfə konkret olaraq "yox" cavabı veriblər: "Futbola ayıracaq artıq pulumuz yoxdur. Ona görə hazırkı büdcə ilə keçinin".
"Səbail"in cari mövsüm üçün büdcəsi 2.5 milyon nəzərdə tutulub. Maraq üçün deyək ki, ötən mövsüm Avropa Liqasının təsnifat mərhələsində iştirak edən komandanın büdcəsi 5 milyon manat idi. (sportinfo.az)