Azərbaycan voleyboluna ağır itki üz verib. "Rekord.az" xəbər verir ki, keçmiş SSRİ-nin 10 ən yaxşı hakimindən biri hesab olunan azərbaycanlı hakim Rəmzi Yusubov rəhmətə gedib.

Təcrübəli ədalət təmsilçisi İttifaq çempionatlarından sonra Azərbaycan çempionatlarını da idarə edib. O, uzun sürən xəstəlikdən vəfat edib. 
 
Allah rəhmət eləsin!