“Standart vəziyyətlərdə çox ciddi problem yaşayırıq” – Rəşad Sadıqov
- 10 Noy 2024 21:18
- 67
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasında 13-cü turu çərçivəsində “Qarabağ”la qarşılaşma haqda danışıb.
Rekord.az xəbər verir ki, o, 0:4 hesablı məğlubiyyəti belə şərh edib:
“Hamını zəfər münasibətilə təbrik edirəm. Şəhidlərimizə Allah rəhmət eləsin. Bu gün çalışdıq ki, xal və xallar qazanaq. Ancaq özümüzü çətin vəziyyətə salıq. Deyə bilmərəm ki, futbolçular çalışmadılar. Bu gün standart vəziyyətlərdə çox ciddi problem yaşayırıq. Bununla bağlı toplantılar edirik. Lakin bu məsələləri həll edə bilmirik. 6 qoldan 5-ni standart vəziyyətdə buraxmışıq. Bu standart vəziyyətlər istədiyimiz nəticəni əldə etməyə mane olur. Bunu düzəltməyə çalışacağıq.
Zədələr elə də ciddi deyil. Bu, qarşıdakı oyunlarda daha yaxşı bilinəcək. Son iki oyunumuzu ağır keçirdik, böyük hesablı məğlubiyyət aldıq. Lakin qarşıda 13 tur var. Bu vəziyyəti düzəltməliyik. Çempionatın çox hissəsi irəlidədir. İndidən nəsə demək çətindir. Lakin görürük ki, rəqiblər xeyli inkşaf edib, gücləniblər. Qarşıda bizi uzun marafon gözləyir. Hazırda 4-cü sıradayıq. Nəticə pis deyil, ancaq rəqiblərdən xal olaraq geri qalmışıq. Başımızı dik tutub qarşıdakı oyunlara yaxşı çalışmalıyıq. Səbirli olmalı, yolumuza davam etməliyik”.