Beynəlxalq Atıcılıq Federasiyasının (ISSF) Türkiyənin Konya şəhərində keçirilən qran-pri yarışında Azərbaycan komandası ilk uğurunu əldə edib.

Rekord.az xəbər verir ki, stend atıcılığının səngər növü üzrə qarışıq komanda yarışında Əli Hüseynli və Alina Rəfixanova bürünc medal qazanıblar.

Konya-2022 qran-prisi iyunun 13-də başlayıb. Azərbaycanı yarışda 14 idmançı təmsil edir.