Stenli Kubokunun dördqat qalibi vəfat edib
- 07 Yan 2025 14:22
- 76
Hokkey üzrə Stenli Kubokunun dördqat qalibi El Maknil vəfat edib.
Rekord.az xəbər verir ki, bu barədə onun 22 il məşqçi və menecer kimi çalışdığı "Kalqari Fleymz" klubunun mətbuat xidməti məlumat yayıb.
Keçmiş oyunçu 89 yaşında vəfat edib.
El Maknil Milli Hokkey Liqasında (NHL) 524 oyun keçirib. O, "Monreal Kanadiens"də oyunçu və baş məşqçi kimi üç, "Kalqari Fleymz"də məşqçi kimi bir dəfə Stenli Kubokunun qalibi olub.