"Arsenal" klubunun üzvü Rahim Sterlinq UEFA Çempionlar Liqasında dörd fərqli klubda oynayan ilk ingiltərəli futbolçu olub.

Rekord.az xəbər verir ki, o, bunu Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda İtaliya təmsilçisi "Atalanta"ya qarşı oyunda reallaşdırıb.

Vinger "Arsenal"a qədər "Liverpul", "Mançester Siti" və "Çelsi" klublarının da heyətində sözügedən turnirdə çıxış edib.

İtaliyada keçirilən görüş 0:0 hesabı ilə yekunlaşıb.