Stolüstü tennisçilər növbəti təlim-məşq toplanışında
- 19 Noy 2024 00:30
- 137
10 yaşadək stolüstü tennisçilər növbəti təlim-məşq toplanışına cəlb olunublar.
Rekord.az xəbər verir ki, uğurlu gələcək vəd edən istedadlı idmançılar bu dəfə Xaçmaz Olimpiya İdman Kompleksində bir araya gəliblər.
Onlar bu gündən noyabrın 24-dək məşqçilər Billurə Eminova, Qulu Quliyev və İsmayıl Mirzəyevin rəhbərliyi ilə hazırlıq prosesində iştirak edəcəklər. Təlim-məşq toplanışı stolüstü tennisçilərin bacarıqlarını təkmilləşdirmək və onlara peşəkar idmançı vərdişlərini aşılamaq məqsədi daşıyır.