![photo](https://www.rekord.az/storage/news/2025_02_05/60a36f68_896c_38f4_9f17_3c6f5e856951_850_1738771249.jpg)
Stolüstü tennisçilər Xorvatiyada beynəlxalq yarışa qatılıblar
- 05 Fev 2025 21:00
- 36
Azərbaycanın stolüstü tennisçiləri Xorvatiyada beynəlxalq yarışa qatılıblar.
Rekord.az xəbər verir ki, Osiyek şəhərindəki “Europe Youth Series” turnirində baş məşqçi Mixail Timofeyev və məşqçi Səbinə Əzizlinin rəhbərliyi altında Onur Quluzadə, Tunar Bağırov, Yağmur Məmmədli və Mələk Əhmədzadə qələbə uğrunda mübarizə aparır.
Beynəlxalq yarışa fevralın 9-da yekun vurulacaq.