Stolüstü tennisçilərimiz AÇ-də növbəti mərhələyə adladılar
- 07 İyl 2022 20:42
- 415
Serbiyanın paytaxtı Belqradda yeniyetmə stolüstü tennisçilərin Avropa birinciliyi davam edir.
Rekord.az xəbər verir ki, yarışın ilk günündə Sloveniya kollektivi üzərində 3:1 hesabı ilə qələbə qazanan oğlanlardan ibarət Azərbaycan seçməsi bu gün Avstriya millisi ilə üz-üzə gəlib. 1:3 hesabı ilə uduzan komandamız qrup ikincisi kimi növbəti mərhələyə adlayıb.
İlk oyunda Yunanıstan seçməsinə uduzan (1:3), ardınca Monteneqro komandasına qalib gəlib gələn (3:0) qızlardan ibarət milli bu gün İsveç kollektivini də məğlub edərək (3:1) qrup ikincisi olub. Komandalarımız növbəti oyunlarını sabah keçirəcəklər.
Mötəbər yarışda məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Arzu Aslanova, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Adil Əhmədzadə, Hüseyn Eylazov və Onur Quluzadə komanda turniri ilə yanaşı şəxsi, qoşa və qarışıq qoşa yarışlarında da bacarıqlarını göstərəcək. Beynəlxalq dərəcəli hakimlər Könül Mikayılova ilə Zaur Mikayılov da, Avropa birinciliyində ölkəmizi təmsil edir.
Yarışa iyulun 16-da yekun vurulacaq.