Stolüstü tennisçilərimiz Avropa çempionatında mübarizə aparacaq
- 11 İyl 2024 17:40
- 177
Azərbaycanın yeniyetmə stolüstü tennisçilərdən ibarət millisi növbəti Avropa çempionatında mübarizə aparacaq.
Rekord.az Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançılar bu gün yarışın təşkil olunacağı İsveçə yola düşüblər.
Malmö sınaqlarında məşqçilər Elnur Hidayətzadə, Ramil Cəfərov və Səbinə Əzizlinin rəhbərliyi ilə Mərziyyə Nurmətova, Aylin Əsgərova, Arzu Aslanova, Xədicə Əbilzadə, Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov və Elşən Hüseynov 19 yaşadək komandalar arasında mübarizə aparacaq.
Şəbnəm Mansurova, Yağmur Məmmədli, Onur Quluzadə və Tunar Bağırov isə 15 yaşadək idmançıların mübarizəsində bacarığını göstərəcək.
Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov isə çempionatın oyunlarını idarə edəcək.
Qeyd edək ki, iyulun 12-də start veriləcək yarışa ayın 21-də yekun vurulacaq.