Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə növbəti beynəlxalq toplanışa qatılıb.

Rekord.az xəbər verir ki, o, seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə mayın 21-də Çin Xalq Respublikasında start verilən təlim-məşqlərdə iştirak edir.

İyunun 11-dək keçiriləcək toplanışa qatılmağın əsas məqsədi iyun ayında Xorvatiyada təşkil olunacaq Avropa birinciliyinə hazırlıqdır.

Qitənin ən istedadlı stolüstü tennisçilərindən sayılan Onur Quluzadə bu ilin mart ayında Antalyada keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirinin qarışıq-qoşa yarışında 3-cü, apreldə Xorvatiyada təşkil olunan “Europe Youth Series” turnirinin komanda yarışında 2-ci, şəxsi və qoşa yarışında isə 3-cü yeri tutub.