Sulşer istefaya göndərilməkdən qorxmur
- 27 Yan 2020 15:46
- 870
"Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşer istefaya göndəriləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.
Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, işdən çıxarılacağı üçün qorxmadığını deyib: "Rəhbərliklə danışanda hamımız düşündük ki, bəzi qaydalar dəyişdirilməlidir. Müqavilə imzalayanda müəyyən bir plan ətrafında razılaşdıq. Buna görə də istefaya göndərilməkdən qorxmuram. Sadəcə işləməyə davam edirəm. Əlbəttə ki, nəticəyə qazanmaq istədiyinizi bilirəm. Düzgün iş getdiyini göstərmək lazımdır. Ancaq bir futbolçu bu kluba uyğun gəlmirsə, onu əldə etmək üçün çox pul xərcləməyəcəyəm. Heç vaxt "kaş bu futbolçunu komandada saxlaya bilərdim" deyə düşünməmişəm. Oyunçuların klubu tərk etməyinə icazə verməyinizin müxtəlif səbəbləri olur. Gedən futbolçuların bəziləri komandada yaratmağa çalışdığım mədəniyyətə uyğun deyildi. Buz mənim düşüncəmdir".