Sultanovla Əliquliyev Avropa birinciliyində 4-cü oldu
- 23 İyn 2024 18:21
- 583
Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi başa çatmaq üzrədir.
Rekord.az xəbər verir ki, 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan yığması da qatılıb və artıq çıxışlarına yekun vurub.
Bu gün heyətdən son olaraq iki atlet – Sultan Sultanov və Sadiq Əliquliyev körpücük üzərinə çıxıblar. Onlar yaşı 15-ə qədər olan atletlər arasında müvafiq olaraq 102 kq və +102 kq çəki dərəcələrində qüvvələrini sınayıblar.
Sultan Sultanov toplam 203 kq (93+110), Sadiq Əliquliyev isə toplam 230 kq (95+135) nəticə göstərib və hər ikisi öz çəki dərəclərində 4-cü yeri tutub.