"Sumqayıt"ın  bu mövsümdən bilet satışına keçməsi haqda məlumat vermişdik. Pandemiya şərtləri səbəbindən stadionunun tutumunun yalnız 50 faizi həddində azarkeşə icazə verildiyi üçün hər dəfə bununla bağlı narazılıq yaranır, qapı arxasnda xeyli azarkeş qalırdı. "Sumqayıt" rəhbərliyi də məhz bu səbəbdən bilet satışına qərar verdi ki, bəlli sayda biletləri ən tez alanlar rahat stadiona gəlsin, ala bilməyənlər isə içəri keçə bilməyəcəyini bildiyi üçün əziyyət çəkib gəlməsin və qapı arxasında da qalmasın.

Lakin Rekord.az xəbər verir ki, sumqayıtlılar ani qərar verdikləri kimi, anidən də bu qərar dəyişiblər. 

Yəni "Qarabağ"la matçda bilet satışı təşkil edən Sumqayıt təmsilçisi "Zirə" ilə oyunda buna getməyib. Ən azı qış fasiləsinə qədər bilet satışı olmayacaq. Qışdan sonra olub-olmayacağına isə yanvarda qərar veriləcək.