"Sumqayıt" Velinovski ilə yollarını rəsmən ayırıb.

Rekord.az xəbər verir ki, 2023-cü ildə "Lerik"lə kubok matçında ağır zədə alan və uzun müddət müalicə olunan şimali makedoniyalı futbolçu sonradan heç cürə əsas heyətə düşə bilmədi.

Əsas heyət bir yana, əsas komandanın ehtiyat oyunçular skamyasında da ona yer tapılmadı. Samir Abasovdan sonra "Sumqayıt"ın baş məşqçisi postunu təhvil alan Vaqif Cavadov da legioner yarımmüdafiəçinin xidmətində maraqlı olmadı. Son vaxtlar yalnız əvəzedici komandada forma geyinən Velinovski artıq rəsmən "Sumqayıt"dan ayrılıb və vətəninə dönüb.