"Sumqayıt" Futbol Akademiyasının baş direktoru Hakan Sünal daha 1 il hazırkı postunda qalacaq.

Rekord.az xəbər verir ki, onunla başa çatan müqavilənin müddətui daha 1 illiyinə uzadıldı.

Qeyd edək ki, milliyətcə türk olan Sünal, Almaniyada doğulub, böyüyüb və məşqçiliyə orada başlayıb, "Ayntraxt" klubunun futbol akademiyasındakı fəaliyyəti ilə tanınıb. 2019-cu ildən "Sumqayıt" Futbol Akademiyasına rəhbərlik edir.