"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Qarabağ"a müraciət edib. 

 

Rekord.az xəbər verir ki, o, Musa Qurbanlını icarəyə götürmək üçün Ağdam klubunun razılığını almağa çalışır.

 

"Kimyaçılar" Premyer Liqanın geridə qalan hissəsində 1 dəqiqə də olsun meydana çıxmayan 18 yaşlı hücumçunu qış fasiləsində sıralarına qatmaq niyyətindədir. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oğluna görə aldıqlarıbu təklifə hələ cavab verməyib.