
"Sumqayıt" FK üzvləri Xüsusi Məktəbin uşaqları ilə görüşüb
- 19 Mar 2025 15:05
- 76
"Sumqayıt" Futbol Klubu və "Azərikimya" İB-nin təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xüsusi Məktəbin şagirdləri ilə görüş keçirilib. Novruz bayramı ilə əlaqədar olaraq şagirdlərə hədiyyələr təqdim olunub. Tədbirin təşkilatçıları tərəfindən məktəbə idman avadanlığı bağışlanıb.