"Sumqayıt" Futbol akademiyasının U-9 komandası cari mövsümdə çox əla çıxış edir.

Rekord.az xəbər verir ki, komanda indiyə qədər ölkə çempionatı çərçivəsində keçirdiyi 10 görüşün hamısında qalib gəlib ki, bu da akademiyanın tarixində rekord göstəricidir. 

Təbii ki, bu uğurların qazanılmasında komandanın gənc məşqçisi Orxan Abdullayevin böyük əməyi var. 29 yaşlı məşqçi bu komandanı 2019-cu ilin yayında götürüb. Hansı ki həmin vaxt bu yaşda olan uşaqların hansısa ciddi uğur qazanacağına heç kim inanmırdı. Heç akademiya rəhbərliyi özü də. Lakin Abdullayev qısa zamanda azyaşlı uşaqlardan bu cür rekord nəticəyə imza atan komanda formalaşdıra bildi. "C" kateqoriyalı məşqçi bununla məşqçilik bacarığını sübut etdi. Güman edirik ki, "Sumqayıt" Futbol Akademiyasının rəhbərliyi də bu nəticələrə biganə qalmayacaq. Çünki akademiya yarandığı gündən ciddi uğur qazana bilmir. Ona görə də uğur qazanan məşqçilərə daha çox diqqət yetirilməli və dəyər verilməlidir.

"Sumqayıt"ın U-9 komandasının cari mövsümdəki oyunlarının nəticələri:

"Sumqayıt City" - "SUMQAYIT" FK 2:4

"SUMQAYIT" FK - "Ərgünəş" 3:1

"Zirvə" - "SUMQAYIT" FK 2:12

"SUMQAYIT" FK - "Naxçıvan" 8:1

İEOUGİM - "SUMQAYIT" FK 3:7

"SUMQAYIT" FK - Pfa 9:1

"Dortmund" - "SUMQAYIT" FK 1:5

"SUMQAYIT" FK - "Sumqayıt Sity" 9:2

"Ərgünəş" - "SUMQAYIT" FK 1:10

"SUMQAYIT" FK - "Zirvə" 6:3