“Sumqayıt” günü bir məşqlə başa vurdu
- 15 Yan 2020 17:00
- 799
Mövsümün ikinci yarısına hazırlığını Antalyada davam etdirən “Sumqayıt” toplanışın 4-cü günündə səhər məşqini keçirib.
Rekord.az xəbər verir ki, “Kapoşvar”la keçirilmiş yoxlama oyunundan (3:4) sonra bərpa xarakteri daşıyan məşq 45 dəqiqə davam edib. Komanda günü bir məşqlə başa vurub.
Qeyd edək ki, “Sumqayıt” sabah səhər və axşam olmaqla 2 məşq keçirəcək.