"Sumqayıt" növbəti mövsümlə bağlı transfer çalışmalarına start verib.

Rekord.az-a daxil olan məlumata görə, Samir Abasovun əsas hədəfi ilk növbədə yaxşı hücumçu tapmaqdır.

Çünki komanda növbəti mövsümdən yeni stadionunda oynayacaq, oyunlara daha çox azarkeş gələcək və bunun üçün də nəticələr daha yaxşı olmalıdır. Daha yaxşı nəticə üçünsə qol, qol üçünsə yaxşı hücumçu lazımdır. Ona görə də "Sumqayıt"ın çalışdırıcısı ilk növbədə iki səviyyəli ön xətt futbolçusu alınmasını rəhbərlikdən istəyib..