
“Sumqayıt” özbək hücumçu transfer etdi
- 19 Fev 2025 22:29
- 97
“Sumqayıt” yeni transferini açıqlayıb.
Rekord.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Özbəkistanın “Nasaf” klubunda çıxış etmiş Bobur Abduxoliqovla 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalayıb.
27 yaşlı hücumçu klubda 9 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Bobur Abduxoliqov karyerası ərzində Özbəkistanın “Nasaf”, Ukraynanın “Rux” (Lvov), Belarusun “Energetik” (Minsk) və Qazaxıstanın “Ordabası” klublarının şərəfini qoruyub.
Özbəkistan millisinin futbolçusu adıçəkilən ölkənin U-19, U-22 və U-23 millilərində də çıxış edib.