Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 16-cı turunun üçüncü oyunu baş tutub.

Rekord.az xəbər verir ki, "Sumqayıt" yerli publika önündə çempionatın lideri "Xəzri" klubunu qəbul edib.

Oyuna fəal başlayan "Sumqayıt" sonradan hesabda geriyə düşməsinə baxmayaraq, yekunda 84:77 hesablı qələbə qazanaraq sürprizə imza atıb. Lider üzərində qazanılan bu qələbə ilə sumqayıtlılar pley-off şanslarını xeyli artırıblar.

Ən məhsuldar basketbolçular "Sumqayıt"da Tay Rendal (25 xal, 9 ribaund), "Xəzri"də isə Cordan Perkins (21 xal, 7 ribaund) olub.