Xəbər verdiyimiz kimi, 7 aylıq fasilədən sonra Mehdi Hüseynzadə adına stadiondakı yenidənqurma işləri yenidən bərpa olunub.

Rekord.az xəbər verir ki, hazırda arenanın girişində söküntü işləri aparılır və daha sonra layihəyə uyğun olaraq tikintiyə start veriləcək.

Paralel olaraq ot örtüyünün, oturacaqların və tablonun quraşdırılmasına da başlanılacaq. Arenanın tam olaraq istifadəyə verilməsəinə gəlincə, dıqiq tarix deyilməsə də bizə çatan məlumata görə, stadion maksimum 2022-ci ilin aprelinə kimi tam hazır olacaq.