Yenidən qurulan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qeyri-futbol idman növləri üçün də yüksək şərait yaradılıb.

Rekord.az xəbər verir ki, cüdo üçün nəzərdə tutulan zal demək olar ki, hazırdı.

Böyüklüyü ilə seçilən bu zalda yüksək səviyyədə məşq keçmək üçün bütün lazımı şərait yaradılıb.