Birləşmiş Ərəb Əmirliklərində keçirilən taekvondo üzrə “Fujaırah 2024” G2 kategoriyalı beynəlxalq turnirdə qadınlardan ibarət milli yığma komandanın tərkibində çıxış edən Sumqayıt idmançısı Məryəm Məmmədova (49 kq) bürünc medal qazanıb.

Rekord.az xəbər verir ki, idmançının məşqçisi Azərbaycan Respublikasının əməkdar məşqçisi Vurğun Cəfərovdur.