“Sumqayıt”ın futbolçuları “Evdə qal, sağlam qal” adlı aksiya çərçivəsində şəhərimizin yaşlı sakinləri ilə evlərində görüşüb.

Rekord.az xəbər verir ki, görüşdə əsas komandanın məşqçiləri - Mehman Yunusov, Eduardo Balada, eyni zamanda, futbolçular - Mehdi Cənnətov, Elvin Bədəlov, Cəmaləddin Xocaniyazov, Rüfət Abdullazadə, Səbuhi Abdullazadə, Mehdi Şərifi və Xəyal Nəcəfov iştirak edib.

Xüsusi karantin müddəti boyunca onlara evdən çıxmamağı məsləhət görən komandamızın üzvlərinə şəhər sakinləri belə çətin günlərdə yaşlıları unutmadıqları üçün çox sağ ol deyib və qayğıya görə öz dərin minnətdarlıqlarını bildiriblər.

Yaşlı sakinlər futbolçular tərəfindən ərzaq tədarükü ilə təmin olunub. “Evdə qal, sağlam qal” adlı aksiyası mütəmadi olaraq “Sumqayıt” tərəfindən davam etdiriləcək.