"Sumqayıt" yenidən "Kapital Bank Arena"ya qayıda bilər
- 08 Avq 2024 15:00
- 1397
"Mehdi Hüseynzadə" adına Sumqayıt stadionunun havadan asılı vəziyyətdə olması işlərin kritik həddə çatması ilə nəticələnə bilər.
Rekord.az xəbər verir ki, heç bir qurumun balansında olmayan arenanın komunal borcları 100 min manatı ötüb.
Artıq iş məhkəmə həddinə qədər gəlib çatıb. "Azərişıq"la "Azərsu"nun stadiona verilən su və elektrik enerjisini dayandırması an məsələsidir. Təbii ki. vəziyyət bu həddə çatsa bundan "Sumqayıt" və Sumqayıt azarkeşləri də böyük zərər görəcək. Çünki işıq və su olmayandan sonra bu stadionda oyun keçirmək də mümkün olmayacaq və klub məcbur yenidən "Kapital Bank Arena"ya dönməyə məcbur olacaq. Hər halda, ümid edirik ki. məsələ ən qısa zamanda həllini tapacaq və "Sumqayıt" "Mehdi Hüseynzadə"də oynamağa davam edəcək.