“Sumqayıt” “Zirə” ilə oyuna da 2 itki ilə hazırlaşır
- 05 Fev 2020 18:20
- 795
“Sumqayıt” Premyer Liqanın növbəti turunda qarşılaşacağı “Zirə” ilə oyuna hazırlığını davam etdirir.
Rekord.az xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında “Sumqayıt Arena"nın ehtiyat meydançasında bu gün növbəti məşqini keçirib.
Zədəli olan Şəhriyar Əliyev və Vüqar Mustafayev fitness zalında fərdi məşq edib. Təxminən 1.5 saat davam edən hazırlıq prosesində müxtəlif toplu çalışmalar yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub.