AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 16-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:


“Kəpəz-2” – “Zirə-2” oyununda “Kəpəz-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz-2” komandası 70 

manat cərimə edilib.


“Kəpəz-2” – “Zirə-2” oyununda “Zirə-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Zirə-2” komandası 70 manat cərimə edilib.


“Kəpəz-2” – “Zirə-2” oyunu bitdikdən sonra “Zirə-2” komandasının 55 nömrəli futbolçusu Ramin Abdullayev hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Zirə-2” komandası 300 manat cərimə edilib.


“Sumqayıt-2” – “Neftçi-2” oyununun 76-cı dəqiqəsində “Sumqayıt-2” komandasının heyətində adı matçın protokolunda olmayan 44 nömrəli futbolçu Kənan Cavadlı meydançaya daxil olduğuna görə  “Sumqayıt-2” komandasına texniki məğlubiyyət verilib (hesab 0:3 saxlanılır), “Sumqayıt-2” komandası 400 manat cərimə edilib.