
Sumqayıtda 10 cavabsız qol
- 13 Apr 2025 20:20
- 91
Əvəzedicilər Liqasında 30-cu turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, bu gün növbəti 2 oyun baş tutub.
“Turan Tovuz-2” – “Sabah-2” matçında qalib müəyyənləşməyib. “Sumqayıt-2” isə “Şamaxı-2” üzərində 10:0 hesablı qələbəyə sevinib.
Əvəzedicilər Liqası
30-cu tur
13 aprel
“Turan Tovuz-2” – “Sabah-2” 2:2
Qollar: İsmayıl İsmayılov, 45+1. Mircamal Əlizadə, 63 - Şahin İbrahimov, 47. Nihat Cabbarov, 90+4.
“Sumqayıt-2” – “Şamaxı-2” 10:0
Qollar: Əjdər Hacılı, 8; 11. Nihad Orucəli, 26; 57. Nihad Əhmədzadə, 38. Kənan Cavadlı, 41. Sənan Muradlı, 44. Əli Qurbanov, 50. Vladimir Beruaşvili, 58; 89.