Sumqayıtda daha bir yarış keçirilib
- 09 Mar 2024 13:00
- 252
“Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində “5 Mart – Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş 3x3 basketbol idman növü üzrə könüllülər arasında turnir keçirilib.
Rekord.az xəbər verir ki, turnirin keçirilməsində məqsəd “5 Mart Bədən Tərbiyəsi və İdman günü”nün qeyd edilməsi, eyni zamanda 3x3 basketbol idman növünün şəhərdə təbliği və inkişafı, gənclərin sağlamlığının möhkəmləndirilməsi, asudə vaxtın səmərəli təşkilidir.
Qalib və mükafatçılar medal və diplomla təltif olunub.