Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə “İdman həftəsi çərçivəsində 02-03 mart 2023-cü il tarixlərində Sumqayıt Paralimpiya İdman Kompleksində oturaq voleybol üzrə Respublika seminarı keçirilmişdir.

Rekord.az-ın tədbirdə iştirak edən əməkdaşının məlumatına görə, tədbirin keçirilməsində məqsəd “5 Mart Bədən Tərbiyəsi və İdman günü”nün qeyd edilməsi, oturaq voleybolun eyni zamanda paralimpiya proqramına daxil olan idman növlərinin ölkədə təbliği və inkişafı, təcrübəli idman mütəxəsislərin, məşqçilərin bilik və bacarıqlarının təkminləşdirilməsi olub.

Yığma komandanın baş məşqçisi Tərlan Hacızadə tərəfindən keçirilən seminarın yekununda idman mütəxəsislərinə Gənclər və İdman Nazirliyi tərəfindən sertifikatlar təqdim olunmuşdur. 

Qeyd edək ki, tədbirdə Sumqayıt Şəhər Gənclər və İdman İdarəsinun sədri Elgün Hümbətov, Gənclər və İdman Nazirliyinin sektor müdiri, AZAL klubunun sabiq vitse-prezidenti Fikrət Hüseynov da iştirak ediblər.

 

 

 

 

 

 

 

 

 

 

Anar XANLAROV