Sumqayıtda "Təmiz şəhər - sağlam gələcək" adlı səhər idmanı
- 08 İyl 2024 13:21
- 214
Mehdi Hüseynzadə adına şəhər stadionunda Sumqayıtın 75 illik yubileyi münasibətilə "Təmiz şəhər - sağlam gələcək" adlı səhər idmanı keçirilib.
Rekord.az xəbər verir ki, şagird elçilərin və müxtəlif sahələri təmsil edən könüllü gənclərin iştirak etdiyi səhər idmanında məqsəd sağlam həyat tərzinin təbliği və gənclər arasında idmana marağın artırılmasıdır.