Sumqayıtda veloyürüş keçirilib
- 09 Mar 2024 12:30
- 238
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “5 Mart – Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş “İdman həftəsi” çərçivəsində veloyürüş keçirilib.
Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclər arasında velosiped idman növünün kütləviləşdirilməsi ona marağın artırılması, həmçinin onların sağlam ruhda tərbiyə olunmasının təbliğidir.
Maraqlı idman mübarizəsi şəraitində keçən tədbirdə idmançılar diplomla təltif olunub.