“Sumqayıt” 2025/26 mövsümü üçün heyət çalışmalarına start verib.


Rekord.az xəbər verir ki, sözügedən klub yarımmüdafiəçi Roi Kehatla qüvvədə olan müqaviləni daha 2 il müddətinə uzadıb.


2023/24 mövsümündən bu komandada çıxış edən Roi Kehat ümumilikdə 69 qarşılaşmada meydana çıxıb. İsrailli yarımmüdafiəçi bu matçlarda 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.