“Sumqayıt”dan ayrıldı, keçmiş komandasına qayıtdı
- 08 Yan 2025 18:20
- 61
Bu qış "Sumqayıt"dan ayrılan Fernando Medeyrosun yeni komandası müəyyənləşib.
Rekord.az xəbər verir ki, 28 yaşlı futbolçu karyerasını Albaniyada davam etdirəcək.
Braziliyalı dayaq yarımmüdafiəçisi bu ölkənin "Eqnatiya" klubu 2027-ci ilin iyununa qədər müqavilə imzalayıb.
Məlumatı Albaniya təmsilçisinin saytı yayıb.
Medeyros daha əvvəl də "Eqnatiya"da oynayıb. Bu klubla müqaviləsi başa çatdıqdan sonra o, 2024-cü ilin iyulunda azad agent kimi "Sumqayıt"a transfer olunmuşdu. Lakin cəmi 5 ay sonra braziliyalı ilə müqavilə qarşılıqlı şəkildə ləğv edilmişdi.
Qeyd edək ki, “Eqnatiya”da Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev də forma geyinir.