"Sumqayıt" yeni transferlər nəzərdə tutulmasa da ola bilsin ki hazırkı heyətdən gedənlər olsun.

Rekord.az xəbər verir ki getməyə əsas namizədlərdən biri Ehtiram Şahverdiyevdi.

"Qəbələ"nin yetirməsi əsas heyət şansını demək olar ki itirib. Samir Abasovun dönəmində daha çox limitə görə oynamaq şansı qazanan futbolçu artıq bu şansdan məhrum olub. Özü də bu durumla barışmayıb komandadan ayrılmaq istəyir. Onun xidmətində "Səbail"in maraqlı olması gələn xəbərlər sırasındadır.