Ayxan Abbasovun mövsümün sonunda "Sumqayıt"dan ayrılmaq ehtimalı haqda məlumat vermişdik. Mütəxəssisin həm müqaviləsi başa çatır, həm də daha iddialı komandalardan daha sərfəli təkliflər alıb.


Rekord.az-ın əldə etdiyi məlumata görə, "Sumqayıt" da Abbasovu buraxmaq istəmir.


Belə ki, yaxın günlərdə Sumqayıt təmsilçisi baş məşqçiyə yeni müqavilə təklif edib. Özü də yeni müqavilədə Abbasovun maaşının artırılmasını nəzərdə tutan bənd də var. Lakin Abbasov hələlik bu təklifə hər hansı bir cavab verməyib.