
"Sumqayıt"dan kubok matçı öncəsi azarleşlərinə jest: biletlər 1 manata endirildi
- 22 Fev 2025 15:00
- 215
Fevralın 27-də ölkə kubokunun 1/4 final mərhələsinin cavab matçında "Sabah"ı qəbyl edəcək "Sumqayıt" azarkeşlərinə jest edib.
Rekord.az xəbər verir ki. söhbət bilet qiymətlərinin aşağı salınmasından gedir.
Belə ki, Sumqayıt klubunun rəhbərliyi biletlərin qiymətini 2 manatdan 1 manata endirib. Bu isə vacib oyuna daha çox azarkeşin gəlməsini təmin etməkdi.
Qeyd edək ki, "Sumqayıt" - "Sabah" matçı fevralın 27-i, saat 19:30-da Mehdi Hüseynzadə adına şəhər stadionunda oynanılacaq.