"Sumqayıt" klubu alqışalayiq addımla yadda qalıb.

Rekord.az xəbər verir ki, Sumqayıt təmsilçisi koronavirusla bağlı elan olunmuş karantin müddətində tənha və yaşlı insanları diqqətdən kənarda qoymayacaq.

Belə ki, xüsusi qayğıya ehtiyacı olan 40 nəfər yaşlı insan klub tərəfindən himayəyə götürülüb. Karantin müddəti başa çatana kimi, həmin ailələrə mütəmadi olaraq baş çəkiləcək və gündəlik ehtiyacları qarşılanacaq.