Ötən gün minifutbol üzrə Azərbaycan çempionatında 7-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki,  "Sumqayıt" klubu "Şamaxı" ilə üz-üzə gəlib.

Sumqayıt təmsilçisi bu oyuna xüsusi panlartla çıxıb. Pankartda "Xariqələr yaradır, el Sumqayıtda!" yazılıb ki, bu da 75 illik yubileyini keçirən doğma Sumqayıta həsr olunub. "Sumqayıt" klubu bu oyunda 9:0-lıq möhtəşəm qələbə qazanıb ki, bunu da məhz doğma şəhərin ad gününə həsr ediblər.