“Sumqayıt”ın baş məşqçisi hakimlikdən niyə narazı qalıb?
- 12:30
- 40
"Oyunun əvvəlində komanda kimi təsir bağışlamadıq. Basketbolçularımız fərdi oyuna üstünlük verdi. Buna baxmayaraq, 19 xal fərqilə geridə olsaq da, vəziyyəti düzəldə bildik".
Rekord.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vadim Kuramşın klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, Azərbaycan Basketbol Liqasının 11-ci turunda "Ordu"ya 82:89 hesablı məğlubiyyəti şərh edib:
"Müdafiə taktikamızı dəyişdik, komanda oyunu oynamağa başladıq. Təəssüf ki, hesabı bərarləşdirmək üçün son atışlarımız alınmadı. Bu günkü hakimlikdən narazı qaldım. Onların zəif idarəçiliyi nəticəyə təsir göstərdi. Biz cəmi 4 legionerlə yaxşı oynayırıq. Nəzərə alaq ki, yeni heyətin anlaşma səviyyəsi o qədər də yüksək deyil. Bu problemlərlə normal oynayırıqsa, hakimlər belə səhvlər edəndə təbii ki, özümüzə gələ bilməyəcəyik".