“Sumqayıt” ın ofisindən iki “noutbuk” oğurlandığını xəbər vermişdik.

Rekord.az xəbər verir ki, ötən ayın sonlarında cinayətkar pəncərədən daxil olaraq “Sumqayıt” Futbol Akademiyasının rəhbəri Hakan Sünal və menecer Fərhad Həsənova məxsus “noutbuk”ları götürərək aradan çıxmışdı.

Polislər stadionda olan nəzarət kameralarının yaddaşına baxış keçirən zaman oğurluğu törədən şəxsin arxadan görüntüləri əldə olunmuşdu.Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədən cinayətkarı saxlayıblar.

“Kimyaçılar”a ziyan vuran şəxs 30-35 yaş aralığındadı və bundan öncə 10 il məhbus həyatı yaşayıb. Onun narkotik aludəçisi olduğu da deyilir. Cinayətkar oğurladığı iki “noutbuk”u Sumqayıtda birini 30 manatdan satıb. Məhz bu məqam da polisin onu yaxalamasına şərait yaradıb (Futbol+).

Sumqayıt Şəhər Polis İdarəsindən klubun prezidenti Riad Rəfiyevlə əlaqə saxlayıb idarəyə dəvət ediblər. Orada məlum oldu ki, oğurluğu törədən şəxs saxlanılıb. Rəfiyev lazımi sənədləri imzalayandan sonra bildiriblər ki, yaxın günlərdə həmin kompüterlər kluba qaytarılacaq.