Mövsümün qalan hissəsinə hazırlığı Türkiyədə davam etdirən “Sumqayıt” qonşu ölkədə bu gün növbəti məşqini keçirib.

Rekord.az xəbər verir ki, məşqdən əvvəl 20 yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar olaraq şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla anılıb. 

Baş məşqçi Ayxan Abbasov 20 yanvar hadisələri haqqında futbolçularımıza məlumat verib. Təxminən 1 saat 20 dəqiqə davam edən məşq prosesində əvvəlcə fiziki gücün artırılması, daha sonra isə müxtəlif toplu hərəkətlər üzərində çalışılıb.

Qeyd edək ki, “Sumqayıt” sabah Antalyada növbəti yoxlama oyununu keçirəcək. Rəqib Polşa təmsilçisi “Arka” olacaq. Bələk bölgəsində yerləşən “Topkapı” otelinin stadionunda keçiriləcək matça yerli vaxtla saat 15:30-da (Bakı vaxtı ilə 16:30) start veriləcək.