“Sumqayıt”ın rumıniyalılarla oyununun başlama vaxtı bilindi
- 16 Yan 2020 13:11
- 785
Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” klubu yanvarın 18-də növbəti yoxlama oyununu keçirəcək.
Rekord.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Rumıniyanın “Politexnika İaşi” klubu ilə üz-üzə gələcək. Bələk bölgəsindəki “Topkapı” otelinin stadionunda keçiriləcək qarşılaşma yerli vaxtla 15:30-da (Bakı vaxtı ilə 16:30) start götürəcək.
“Sumqayıt” Antalya toplanışındakı ilk yoxlama oyununda Macarıstanın “Kaposvar” klubuna 3:4 hesabıyla uduzub.