“Sumqayıt”ın şikayəti təmin olunmadı
- 24 Dek 2024 22:00
- 38
"Sumqayıt" klubunun apellyasiya şikayəti təmin edilməyib.
Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Milli assosiasiyanın İntizam Komitəsinin Gənclər Liqasında "Sumqayıt" komandasının baş məşqçisi Kənan Hacıyevə verdiyi 5 oyunluq cəza qüvvədə saxlanılıb.
Mütəxəssis "Zirə" ilə matçda hakimlər otağına daxil olaraq təhqiredici sözlər işlətmişdi.