
"Sumqayıt"ın stadionu təmirə bağlandı - ÖZƏL FOTO
- 18 Apr 2025 15:00
- 201
Sumqayıtdakı "Polimer Socar Arena" təmirə bağlanıb.
Rekord.az xəbər verir ki, keçmiş adı "Kapital Bank Arena" olan bu stadionda "Sumqayıt" uzun illər ev oyunlarını keçirib.
Mehdi Hüseynzadə adına stadion yenidən qurulandan sonra komanda ora köçmüş, hazırkı adı ilə "Socar Polimer Arena" olmuş stadiondan isə məşq xarakterli istifadı etməyə başlamışdı.
Qeyd edək ki, təmir sırf qazonla bağlı aparılır, köhnə ot örtüyü yenisi ilə əvəzlənəcək.