
“Sumqayıt”la “Neftçi”dən məhsuldar heç-heçə
- 28 Apr 2025 21:57
- 28
Bu gün Misli Premyer Liqasında 32-ci tura yekun vurulub.
Rekord.az xəbər verir ki, son gündə bir oyun baş tutub.
“Sumqayıt” evdə “Neftçi” ilə qarşılaşıb. Bu oyunu Fərid Hacıyev idarə edib. Dörd qolluq oyunda qalib müəyyənləşməyib.
Turun əvvəlki oyunlarında “Kəpəz” “Zirə”yə 0:1 hesabıyla uduzubsa, “Turan Tovuz” – “Şamaxı”, “Səbail” – “Araz-Naxçıvan” və “Sabah” – “Qarabağ” oyunlarında oxşar nəticə (1:1) qeydə alınıb.
Misli Premyer Liqası
32-ci tur
28 aprel
“Sumqayıt” – “Neftçi” 2:2
Qollar: Bobur Abduholikov, 21. Ronaldo Vaskes, 52 - Bassala Sambu, 60. Andrey Ştoqrin, 87.
Hakimlər: Fərid Hacıyev, Şirmamed Mamedov, Teymur Teymurov, Rauf Cabbarov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:00.
Sumqayıt: 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 2. Sertan Taşkın, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanov, 19. Roi Kehat, 5. Alan Dias, 23. Ronaldo Vaskes, 9. Bobur Abduholikov.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 94. Rəşad Əzizli, 7. Rövlan Muradov, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 12. Georgi Karaişvili, 11. Momo Yansane, 99. Silvanus Nimeli, 60. Tresor Mossi, 77. Casurbek Caloliddinov.
Baş məşqçi: Vaqif Cavadov.
Neftçi: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 4. Elvin Camalov, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 9. Bassala Sambu, 88. Andrey Ştoqrin.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 91. Ağadadaş Salyanski, 78. Elcan Əbilov, 22. Dembo Darbo, 77. Yeqor Boqomolski, 11. Aleks Fernandes.
Baş məşqçi: Samir Abasov.